ABŞ-nin “İnter Mayami” futbol klubu ilə Səudiyyə Ərəbistanının “Ən Nəsr” klubu arasında görüş 2024-cü ilin fevralında Riyad Mövsüm Kuboku yoldaşlıq turniri çərçivəsində keçiriləcək.
Bu barədə Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Əl-Şeyx “X” (keçmiş “Twitter”) səhifəsində məlumat verib.
“Bu, futbol nəhənglərinin “son rəqs”idir. Messi və Ronaldu meydanda qarşılaşacaqlar”, - Əl-Şeyx yazıb.
Qeyd edək ki, Messi və Ronaldunun bir-birinə qarşı oynadığı son görüş 2023-cü ilin yanvarında baş tutub. Messinin forma geyindiyi Fransanın PSJ klubu “Ən Nəsr" və “Əl Hilal” klublarının futbolçularından təşkil olunmuş Ər-Riyad millisi ilə yoldaşlıq oyunu keçirib. Yekunda PSJ 5:4 hesabı ilə qalib gəlib. Matçda Messi bir, Ronaldu isə iki qola imza atıb.
The Last Dance
— TURKI ALALSHIKH (@Turki_alalshikh) November 21, 2023
مباراة تاريخية تجمع أساطير كرة القدم رونالدو و ميسي
نادي انتر ميامي يلعب ضد نادي النصر في بطولة كأس موسم الرياض… ⚽❤️🇸🇦
في المملكة ارينا 📌 Feb 2024
It's the last dance of football greatness! 🏆
Ronaldo vs Messi clash on the pitch.
Watch Inter Miami FC… pic.twitter.com/3aHtVGtFQI