İngiltərə Premyer-Liqası.
Cari ingilis Premyer-Liqası digər çempionatlar içərisində ən gözlənilməz və sensasiyalıdır. 15-ci tur səs-küylü anonslarla başlamasa da, yetərincə sensasiyalı nəticələr gördük. “Liverpul”un, “Mançester Siti” və London “Çelsi”sinin məğlubiyyəti.
İPL-nın 16-cı turu “Karroru Roud”da şənbə matçı ilə start götürüb. “Norviç Siti” Liverpuldan olan qonaqlarını qəbul edib. “Kanareyki” 14 xal ilə turnir cədvəlində 16-cı pillədə qərar tutmuşdular. “Everton”a gəldikdə isə Roberto Martinesin komandası hücumda pis görünmür, amma buna baxmayaraq müdafiəni güclü adlandırmaq olmaz.
1-ci taymda Martinesin yetirmələri daha əmin görünürdülər, bu, onları qola aparıb çıxardı. 15-ci dəqiqədə Romelu Lukaku başla vurduğu zərbə ilə hesabı açıb. “Kanareyka”lılar yalnız görüşün ikinci hissəsində hesabı bərabərləşdirə biliblər. 47-ci dəqiqədə hesabı bərabərləşdirən Uesli Hulehen öz komandası üçün vacib xalı qazanıb.
Heç-heçə 1:1
“Bornmut” – “Mançester Yunayted” - 2:1
Eddi Xaunun kollektivi Premyer-Liqada yenidir, amma kadr problemlərinə baxmayaraq komanda Premyer-Liqanın sərt qanunlarına uyğunlaşa bilib. Bu mövsümdə “albalılar” öz azarkeşlərini keyfiyyətli futbol nümayiş etdirərək təəccübləndiriblər. “Mançester Yunayted” haqqında nə demək olar? Son 5 matçda bütün turnirlər daxil olmaqla yalnız bir dəfə qalib olublar. “Qırmızı iblislərin” pərəstişkarları holland məşqçisinin oyun taktikasından narazılıqlarını gizləmirlər, onlar məşqçidən kitab doqmalarından əl çəkərək komandaya məxsus olan hücum futbolunu aşılamağı tələb edirlər.
Məhz bu taktiki problemlər “Mançester Yunayted”in Çempionlar liqasının qrup mərhələsindən çıxmasına səbəb oldu. Lük Şou, Antonio Valensiya, Amrkos Roxo, Ander Errera, Kris Smollinq, Fil Cons, Matteo Dsarmian, Ueyni Runi – bu, xəsarət alanların siyahısıdır. Həqiqətən dəhşətlidir?!
Bununla yanaşı Bastian Şvaynştayger diskvalifikasiyasını çəkirdi. Matç “Din” Kort stadionunda keçirilirdi. Hakim fiti verən kimi “albalılar” hücum etməyə başladılar. Qolu çox gözləmək lazım gəlmədi. Artıq 2-ci dəqiqədə Stanislas hesabı açdı. Buraxılan qolun cavabını yalnız 24-cü dəqiqədə vermək mümkün oldu. Fellaini rəqibin cərimə meydançasında çaşqınlıqdan istifadə edərək, zərbə vurdu və hesabı bərabərləşdirdi.
İkinci taymda təəccübləndim, çünki “albalılar” təzyiq göstərir və hücum edirdilər. “Mançester Yunayted” çox əzgin görünürdü. 54-cü dəqiqədə Coşua Kinq ikinci qolu vuraraq komandasına qələbə gətirdi. “Qırmızı iblislər”ə qalib gələn “Bornmut” Londonun “Çelsi”sindən irəli keçərək cədvəldə 14-cü yerdə qərar tutub. 2:1 və Van Qalın növbəti məğlubiyyəti.
“Liverpul” – “Vest Bromviç” - 2:2
Enfildəki matç əfsanəvi “You’ll never walk alone” himni ilə başladı. Son iki matçda öz pərəstişkarlarını sevindirməyən Liverpul “Vest Bromviç”i qəbul edib. Bu gecənin əsas hadisəsi “qırmızılar”ın kapitanı Cordan Hnedersonun qaytarılması idi.
Görüşün birinci dəqiqələrindən “Liverpul” dominantlıq edirdi. Oyunun 22-ci dəqiqəsində Filippe Koutinyo Adam Lallanuya ötürmə edib, o isə öz növbəsində topu kapitana ötürüb. Hendo asanlıqla “Vest Bromoviç”in qapıçısını “məyus” edib - 1:0. Vurulan qoldan sonra “Liverpul” sürəti artırdı.
Bildiyiniz kimi “Liverpul” (Premyer-Liqa çərçivəsində) hamıdan çox standartlardan çıxış edir. Bu “ənənə”dən bu dəfə də yan keçmədilər. Belə ki, oyunun 30-cu dəqiqəsində küncdən zərbə və “qırmızı”ların dəhşətli müdafiə oyunundan sonra Douson hesabı bərabərləşdirməyə müvəffəq oldu.
İkinci taymda “Liverpul”un müdafiəçisi Deyan Lovren ciddi xəsarət aldıqdan sonra meydanı tərk etməli oldu. Yurgen Kloppun komandasının topa 83% sahib olmaq üstünlüyü yüksək idi. 74-cü dəqiqədə “Vest Bromviç” yenidən irəli çıxdı. Küncdən zərbədən sonrakı hücum, Oulsonun qolu ilə nəticələndi. Oyunun sonu hər iki komanda üçün həyəcanlı idi. “Liverpul” var gücü ilə irəliləyərək Originin qolu sayəsində bir xal da qazandı. Heç-heçə - 2:2!
“Vest Hem” – “Stok Siti” 0:0
“Sanderlend” – “Uotford” 0:1
“Kristal Pelas” – “Saitgempton” 1:0
“Mançester Siti” – “Suonsi” 2:1
“Aston Villa” “Arsenal” 0:2
“Tottenhem” – “Nyukasl” 1:2
İPL-nın 16-cı turu bu gün ən maraqlı matç ilə başa çatacaq. “Lester Siti” batan “Çelsi”ni qəbul edəcək. Komandaların vəziyyəti köklü şəkildə fərqlənir. Kim düşünə bilərdi ki, bir neçə ay bundan öncə çempion titulunu qazanan komanda indi sadəcə sağ qalmaq üçün mübarizə aparacaq?! Məncə, bu heç kimin ağlına gəlməzdi, amma bu ingilis Premyer-Liqasıdır!
İspaniya. La Liga. 15-ci tur.
“Barselona” – “Deportivo” 2:2
İspan premyerasının 15-ci turunun əsas matçı “Kamp Nou”da keçirilirdi. Premyer-Liqanın şərhsiz lideri “Deportivo”nu qəbul edirdi. “Göy-qırmızılar”ın azarkeşləri klublarının qələbə qazanacağından əmin idilər. Amma Viktor Sançesin komandası onların bütün arzularının üzərindən xətt çəkdi. 80-ci dəqiqədə Qvardiolann kollektivi hesabda irəli çıxdılar, və 86-cı dəqiqəyə qədər bu mövqedə dayana bildilər. Qolları “Barselona”da Messi və Rakitiç, “Deportivo”da Lukas Peres və Aleks Berqantinyos vurdu. Bu görüşdə “Deportivo” əsas vurğunu müdafiəyə etmişdi, amma onların hücumdakı oyunu da çəkici görünürdü. Yekun nəticə 2:2.
“Atletiko Madrid” – “Atletik Bilbo” 2:1
“Hetafe” – “Real Sosyedad” 1:1
“Selta” – “Espanyol” 1:0
“Levante” – “Qranada” 1:2
“Sevilya” – “Sportinq Hihon” 2:0
“Las Palmas” – “Real Betis” 1:0
“Rayo Valekano” – “Malaqa” 1:2
“Eybar” – “Valensiya” 1:1
“Vilryarreal” – “Real Madrid” 1:0
İtaliya. Seri-A. 16-cı tur
İtaliyanın A seriyasının 16-cı turu çərçivəsində matç “Rentso Barbera” stadionunda keçirilib. “Palermo” A-Seriyasını autsayderlərindən “Frazinone”ni 4:1 hesabı ilə darmadağın edib. Komandalar tamamilə fərqli məqsədlər güdürdülər. Əgər bir komanda sadəcə mövcud olmaq üçün mübarizə aparırdısa, digər komanda mütləq şəkildə vəziyyəti dəyişməli idi, əks təqdirdə David Ballardininin istefasını çox gözləmək lazım gəlməyəcəkdi.
Matç “Rozinero” üçün uğurlu başladı. 5-ci dəqiqədə Qoldaniqinin qolu nəticəsində matçda hesab açıldı. 12 dəqiqə sonra Vaskes öz komandasının üstünlüyünü ikiqat artırdı. 24-cü dəqiqədə Roberto Stellonenin yetirmələri bir qol vurdular. Bu mövqedən irəli getməyə gücləri çatmadı. İkinci taymda “Palermo” Taykovskinin və Gilardinonun hesabı darmadağın hesabına gətirib çatdırdı. 4:1 və “Palermo”nun qələbəsi.
“Cenoa” – “Bolonya” 0:1
“Udineze” – “İnter” 0:4
“Milan” – “Hellas Verona” 1:1
“Kievo Verona” – “Atalanta” 1:0
“Empoli” – “Karpi” 3:0
“Napoli” – “Roma” 0:0
“Yuventus” – “Fiorentina” 3:1
“Sassuolo” – “Torino” matçı əlverişsiz hava şəraiti ucbatından təxirə salınmışdı.
Almaniya. Bundesliga. 16-cı tur.
Alman bundesliqasının mərkəzi matçlarından biri dekabrın 12-də “Aby Arena” stadionunda baş tutub. Burada “Bayer Liverkuzen” – “Borussiya Menhenqladbax” görüşüblər. Bu oyunda bütün diqqət aldığı travmadan sonra meydana çıxan Ştefan Kisslinqa yönəlmişdi.
Zədədən sonra özünü toplayan Ştefan üçün bu matç yüksək səviyyədə keçib. O, dubl edərək iki qol ötürməsi edib. Görüşün ilk dəqiqələrindən meydan sahibləri təşəbbüsü öz əllərinə götürdülər. Yüksək pressinq, gərgin anlar azarkeşləri heyran qoysa da iş qola gedib çatmırdı. Qol yalnız 30-cu dəqiqədə vuruldu.
Uzun sürən hücumdan sonra Kisslinq hesabı açdı. İkinci taymda baş verənləri isə məncə heç kim gözləmirdi. Andre Şubertin komandası göz önündə param-parça oldu. 63-cü dəqiqədə Kisslinq ötürmə ilə Çiçartonu zərbə mövqeyinə çıxardı. Çiçarto isə öz növbəsində Yan Zommer üçün şans qoymadı. Buraxılan 2-ci qoldan sonra “liverkuzenlilər” bütün ümidlərini itirdilər. 74-cü və 76-cı dəqiqələrdə Çiçarto ilk dəfə “Bayer” köynəyində het-trik etdi. Bu hücumda əsas nöqtəni isə Kisslinq qoymuş oldu! Hesab - 5:0
“Mains” – “Ştutqart” 0:0
“Bavariya” – “İnqolşadt” 2:0
“Darmştadt” – “Gerta” 0:4
“Hoffeynhaym” – “Hannover” 1:0
“Veredr” – “Keln” 1:1
“Volfsburq” – “Hamburq” 1:1
“Auqsburq” – “Şalke 04” 2:1
“Borussiya Dortmund” – “Ayntraxt” 4:1
Fransa. Ligue 1. 18-ci Tur.
“Renn” – “Kann” 1:1
“Lill” – “Loryan” 3:0
“Monpelye” – “Henham” 2:1
“Nansi” – “Tuluza” 1:1
“Reyms” – “Nitsa” 1:1
“Trua” – “Bastiya” 1:1
“Monako” –“Sent Etyen” 1:0
“Anjer” – “Bordo” 1:1
“Marsel” – “Ayaçço” 1:1
“PSJ” – “Lion” 5: 1.