Yanvarın 12-də “Aston Villa” klubuna qarşı keçirilən kubok qarşılaşmasında böyükhesablı qələbəyə sevinən “Mançester Siti” futbolçuları mükafatlandırılıb.
“The Sun” xəbər verir ki, baş məşqçi Xosep Qvardiolanın razılığı ilə futbolçular üçün əyləncə gecəsi keçirilib.
Gecənin xüsusi qonaqları İtaliyadan gətirilmiş 22 model xanım olub. Mərasim klub nümayəndələri tərəfindən bir neçə ay müddətində hazırlanıb.
Qeyd edək ki, “Mançester Siti” “Aston Villa” üzərində 6:1 hesablı qələbə qazanıb. Qollardan üçünü Serxio Aquero, ikisini Riyad Mahrez, birini isə Qabreil Jesus vurub.