Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Futbolçuların saç düzümünə görə alman bərbərlər ayağa qalxdı
Almaniyada bərbərlər Futbol Assosiasiyasının prezidentinə oyunçularla bağlı şikayət ediblər.
Bu barədə RT xəbər yayıb.
Mərkəzi Bərbərlik Dərnəyindən ünvanlanan məktubda pandemiya səbəbiylə təxminən 80 000 salonun bağlı olmasına baxmayaraq, idmançıların meydana yalnız xüsusi avadanlıqların köməyi ilə peşəkar bərbərlər tərəfindən düzəldilməsi mümkün olan saç düzümləri ilə çıxdığı bildirilir.
Həmkarlar ittifaqı futbol ulduzlarının bütün sənayeyə təzyiq göstərdiklərini əlavə ediblər. Çünki idmançılar hər zaman cəmiyyət üçün nümunə olub, müştərilər də onlara baxaraq salonlara zəng vurur və karantin qaydalarını pozaraq saçlarını kəsmələrini xahiş edirlər.
“Belə məqamlarda həmrəylik göstərin”, - deyə təşkilatdan çağırış edilib.
Futbol Assosiasiyası hələ ki, bununla bağlı şərh verməyib.
"Almaniya" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır