Azərbaycan futbolu tarixində bir ilk yaşanıb.
Oxu.Az-ın xəbərinə görə, legioner həyatı yaşayan azərbaycanlı futbolçular həftəsonu çıxış etdikləri Avropa klublarında qollar vurub.
Bunlar Namiq Ələsgərov (“Bursaspor”, Türkiyə), Vüsal İsgəndərli (“Ankara Keçiörəngücü”, Türkiyə), Ruslan Qurbanov (“Slaviya-Mozır”, Belarus) və Rüstəm Əhmədzadədir (“Minay”, Ukrayna).
Türkiyə I Liqası
X tur
“Balıkəsirspor” – “Bursaspor” 0:2 (Namiq Ələsgərov 29-cu dəqiqədə hesabı açıb, 88-ci dəqiqədə əvəzlənib).
Qeyd edək ki, Polşa Ekstraklasasında çıxış edən millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Leqiya” Qlivitse şəhərində “Pyast”a 1:4 uduzub. 90 dəqiqə meydanda olan Mahir iki dəfə qol vurmağa yaxın olsa da, top dirəyə tuş gəlib.
Renat Dadaşov isə Portuqaliya Primeyra Liqasında “Tondela” klubu ilə məşhur “Portu”ya qarşı çıxış edib. “Tondela”nın 1:3 hesabı ilə uduzduğu görüşdə Renat 90 dəqiqə meydanda olsa, çərçivəyə düşə bilməyib.
Həmçinin, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” Ukrayna Premyer Liqasında “Zarya”ya uduzub – 0:1. Nuriyev 84-cü dəqiqədə meydana daxil olub.
Səbuhi Musayev