Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Futzal üzrə Azərbaycan millisinin kapitanı təyyarə qəzası zaman Aktaudakı hava limanında olub
Futzal üzrə Azərbaycan millisinin kapitanı Rövşən Hüseynli təyyarə qəzası zamanı Aktaudakı hava limanında olub.
Bu barədə "Report"a 33 yaşlı qolkiperin özü məlumat verib.
O, Qazaxıstanın "Astana" klubu ilə birgə Astana şəhərinə qayıtmaq üçün Aktau hava limanına yollanarkən faciəli hadisəyə şahidlik edib:
"Qazaxıstan Kubokunun oyunlarına görə Aktau şəhərinə gəlmişdik. Geri qayıtmaq üçün "Astana" klubunun kollektivi ilə birlikdə avtobusa əyləşdik və Aktau hava limanına doğru hərəkət etməyə başladıq. Bu şəhərin hava limanına gedən yolunda olanlar bilir ki, ətraf açıqlıqdır və hər tərəf aydın görünür. Birdən səs-küy düşdü ki, "təyyarə qəzaya uğrayıb". Dərhal başımı çevirdim, tüstü, duman və alovu canlı gördüm. Hadisə yerinə gələn yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və helikopterlər yaxınlığımızda idi. Hadisəyə görə Astanaya olan reysimiz 4 saat ləngidi. Təyyarədə olsaq da, nə vaxt havaya qalxacağımızı bilmirik".
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.
Son məlumata görə, 32 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
- Zaxarova: "AZAL təyyarəsinin faciəsi səbəbindən iki ölkənin arasını vurmaq cəhdləri uğursuz olacaq"
- "Danışaq?" podkastının qonağı AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı mühüm məsələlərə toxunub
- Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır!
- AZAL təyyarəsinin qəzası: Bakı kompensasiya tələbini beynəlxalq gündəmə gətirə bilər
Rəylər