Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Gimnastlarımız Sloveniyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycanın gənc gimnastları bədii gimnastika üzrə “36th Mtm Narodni Dom Lyublyana” beynəlxalq yarışında iştirak edəcəklər.
Bu barədə Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yarış aprelin beşi və yeddisində Lyublyana şəhərində (Sloveniya) keçiriləcək.
Azərbaycanı yarışda fərdi proqramda çıxış edən gənc gimnastlar - Sofiya Məmmədova və Səkinəxanım İsmayılzadə təmsil edəcəklər.
Qeyd edək ki, yarışda Azərbaycanı hakim Aleksandra Reiş və məşqçi Daria Lexka təmsil edəcəklər.
Ən çox oxunanlar