23 yaşadək (U-23) güləşçilər arasında Avropa çempionatının Bakıda keçirilmə tarixi bəlli olub.
Oxu.Az-ın xəbərinə görə, yarış 2024-cü ilin 8-14 aprel tarixlərində baş tutacaq.
Bu yarışa Albaniyanın paytaxtı Tirana da namizəd olsa da, Ümumdünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsi turnirin Bakıda keçirilməsini məsləhət bilib.
Əvəzində, Bakının namizəd olduğu 17-23 aprel 2023-cü il tarixlərində keçirilməli olan böyüklərin Avropa çempionatı Xorvatiyanın paytaxtı Zaqrebə verilib.
Səbuhi Musa