Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Güləşçimiz Sabah Şəriəti finalda
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Oxu.Az-ın məlumatına görə, 130 kq-da yarışan idmançı finala gedən yolda Yakobi Kajaya (Gürcüstan) ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən adını finala yazdırıb. O, həlledici görüşdə Rza Kayaalpla (Türkiyə) güləşəcək.
Bununla da Azərbaycanın finala çıxan yunan-Roma güləşçilərinin sayı üçə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.
87 kq-da çıxış edən İslam Abbasovun 1/4 finalda məğlub olduğu Ali Cengiz (Türkiyə) finala yüksəldiyindən, Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.
"Güləş" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin sabiq güləşçisi dördillik diskvalifikasiya olunub
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Güləşçimiz qızıl medal qazandı
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Erməni güləşçi türkiyəli rəqibini təxribata çəkdi: Döşəkdə dava düşdü
Rəylər