Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hans Flik "Barselona" ilə müqavilə müddətini artırdı
"Barselona" klubunun rəsmiləri almaniyalı çalışdırıcı Hans Flikin müqavilə müddətini 2027-ci ilədək uzadıblar.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, "Barselona" təcrübəli çalışdırıcı ilə daha öncə 2026-cı ilədək müqavilə imzalasa da, klub rəsmiləri Hans Flikin çıxışından razı qaldıqları üçün yeni sözləşmə təklif ediblər.
Tərəflər arasında danışıqlar müsbət başa çatıb və nəticədə tərəflər daha birillik müqavilə imzalayıblar.
Qeyd edək ki, Hans Flikin başçılıq etdiyi "Barselona" klubu bu müddət ərzində "Real Madrid"lə görüşlərin heç birindən məğlub ayrılmayıb.
"Hans Flik" teqi üzrə xəbərlər
Ən çox oxunanlar