"Bavariya" komandasının hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekord müəyyənləşdirib.
Oxu.Az bu barədə "Squawka" nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, ingiltərəli forvarda səfərdə "Ayntraxt Frankfurt" ilə oyunda (0:3) növbəti dəfə fərqlənərək, Almaniya çempionatının cari mövsümündə qollarının sayını 11-ə çatdırıb.
Bununla da Keyn Bundesliqa tarixində mövsümün ilk altı qarşılaşmasında 11 qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Xatırladaq ki, Harri Keyn ötən həftə "Bavariya"nın heyətində 100-cü qolunu vuraraq daha bir rekordu təzələmişdi.