Bir vaxtlar “Atletiko”nun tibbi qərargahına rəhbərlik etmiş həkim Xose Qonsales Peres “Real”ın hücumçusu Eden Azarın vəziyyəti barəsində fikirlərini bölüşüb.
“Madrid Xtra” resursunun “Twitter” səhifəsində yer alan açıqlamalarda futbolçu üçün növbəti əməliyyatın çox riskli olduğu bildirilib.
“Azarın topuğunda üçüncü dəfə əməliyyat aparmaq olduqca risklidir. Əməliyyatdan sonra o, futboldan uzaqlaşa bilər. Əməliyyatsız isə Edenin bir neçə aydan sonra məşqlərə qayıtması mümkündür. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bu mövsüm o, yaşıl meydanlara həsrət qalacaq. Azar 100% hazır olmasa, oynamağına dəyməz. Zədədən sağalaraq qısa müddət sonra meydana qayıdan futbolçunun yenidən zədənməsi ehtimalı yüksəkdir”, - deyə həkim qeyd edib.
Xatırladaq ki, belçikalı futbolçu topuğundakı zədə səbəbindən bir müddətdir ki, matçlarda iştirak etmir. 30 yaşlı hücumçunun yenidən əməliyyat olunacağı ehtimalı var.
🚨🎙| Doctor Gonzalez:
— Madrid Xtra. (@MadridXtra) March 17, 2021
“A third operation on Eden Hazard's ankle is very risky, there could be the possibility that the player would not play football again.”@ElTransistorOC