Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hərbçilərin Dünya Oyunlarında Azərbaycan qızıl medalsız qaldı
Çinin Uhan şəhərində keçirilən hərbçi idmançılar arasında VII Dünya Oyunları Azərbaycan üçün başa çatıb.
Oxu.Az xəbər verir ki, bu gün boksçumuz Salman Əlizadə (-49 kq) yarımfinal görüşünə çıxıb.
İdmançımız finala çıxmaq uğrunda daha təcrübəli hindistanlı Dipakla qarşılaşıb və 0:5 hesabı ilə uduzub. Bununla da Azərbaycanın altıncı medalının bürünc olduğu müəyyənləşib.
Stend atıcılarımız – Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, eləcə də Nurlana Cəfərova və Riqina Meftəhəddinova bu gün final mərhələsinə vəsiqə qazana bilməyib.
Qeyd edək ki, Azərbaycan bu yarışa 24 idmançı ilə qatılıb. Bunlardan beşi cüdonu, yeddisi boksu (altı kişi, bir qadın), yeddisi güləşi (altı kişi, bir qadın) və beşi atıcılığı (üç kişi, iki qadın) təmsil edir. Komandamız iki gümüş və dörd bürünc medal qazanıb.
Səbuhi Musayev
"Çin" teqi üzrə xəbərlər
- Çində qorxunc mənzərə: Şirkət işçilərini alov udmağa məcbur etdi
- Azərbaycan XİN Çinə başsağlığı verib
- Çempionlar Liqasının ikiqat qalibi olan peşəkar klub statusunu itirib
- Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı
- Çindən dünyaya yeni pandemiya təhlükəsi: Metapnevmovirus yayılır
Rəylər