İngiltərə Premyer Liqasında XXVIII turdan təxirə salınmış oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, “Mançester Siti” öz meydanında “Vest Hem”i sınağa çəkib.
Qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Natan Akenin hesabı açdığı matçda Erlinq Holand ikinci topu vurub. Oyunda son nöqtəni isə Fil Foden qoyub.
Mövsüm ərzində 35-ci dəfə fərqlənən Holand İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu adını qazanıb. O, 34 dəfə fərqlənənlər - Endi Koul və Alan Şireri geridə qoyub.