Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.
Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.
Qeyd edək ki, N. Abasov hazırda 2.5 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Karuana isə vahid beşinci sıradadır.