ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur komandalarından biri olan "Los-Anceles Leykers" klubu 10 milyard dollarlıq rekord qiymətə yeni sahibinə keçib.
Oxu.Az xəbər verir ki, klubun nəzarət paketi "TWG Global" holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolterə satılıb.
Bu, idman tarixində ən yüksək məbləğə başa gələn klub satışıdır.
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) ən məşhur klublarından biri olan "Los-Anceles Leykers"in nəzarət paketi rekord məbləğə - 10 milyard dollara satılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.
Bildirilir ki, alıcı - "TWG Global" holdinq şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Mark Uolter olacaq. Hazırkı sahiblər olan Bass ailəsi müəyyən müddət ərzində klubda minimal payı (təxminən 15%) saxlayacaq; Cimmi Bass satışdan sonra "Leykers"in baş meneceri vəzifəsində qalacaq.
Bu, idman tarixində ən bahalı müqavilə olacaq.
Qeyd edək ki, "Leykers" klubu 1979-cu ildən Bass ailəsinə məxsusdur. Bu müddətdə komanda 11 dəfə NBA çempionu olub, ümumilikdə isə 17 çempionluğa sahibdir.
Mark Uolter 2021-ci ildən "Leykers"in səhmdarlarından biridir. O, "TWG Global" vasitəsilə, həmçinin "Los-Anceles Dodcers" (MLB), "Los-Anceles Sparks" (WNBA), "Çelsi" (İngiltərə Premyer Liqası) və bir sıra "Formula-1" komandalarında da pay sahibidir.