“İdman TV”də hər həftənin çərşənbə günü canlı yayımlanan “İdman və Media” verilişinin növbəti buraxılışı efirə gedib.
Bir həftə ərzində ölkənin idman mediasında yer almış əsas xəbərlərin şərh olunduğu verilişin budəfəki qonağı Oxu.Az saytının redaktoru Zaur Xudiyev olub.
Verilişin daimi ekspertlərindən biri olan əməkdaşımız proqramın aparıcısı Rəşad Rafiqoğlu ilə birlikdə həftənin əsas idman olaylarını dəyərləndirib.
Daha ətraflı proqramın videoyazısını təqdim edirik: