Bu gün Xorvatiyanın Zaqreb şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı start götürüb.
Oxu.Az Virtualorg.az-a istinadən xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Yunan-Roma güləşçisi İbrahim Nurullayev rəqibi, erməni idmançısı Slavik Qalstyanı döşəkdə, demək olar ki, yıxıb sürüyüb. Belə ki, idmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib.
