Olimpiya Oyunlarının on üçüncü günündə kişilər arasında dağ xizək yürüşünün böyük slalom növündə yarışlar başlayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançısı Patrik Braxner 59-cu nömrə altında mübarizəyə qoşulub və məsafəni 1 dəqiqə 31,32 saniyəyə qət edib.
Xizəkçimiz hazırda yüz doqquz idmançı arasında 52-ci pillədə qərarlaşıb.