Atçılığın konkur növü üzrə Azərbaycan yığmasının üzvü Patrik Makenti Belçikada keçirilən CSİ–2* kateqoriyalı “Bonheiden” turnirində iştirak edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 6 yaşlı atlarla keçirilən turnirin təsnifat mərhələsində dördüncü yeri tutan Patrik Makenti finala vəsiqə qazanıb. Həlledici görüşdə çaparımız “April Mury Marais Z” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalına sahib olub.
Altı yaşadək atlarla növbəti mötəbər turnir gələn ay Belçikada keçiriləcək.