Azərbaycanın qadın atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazana bilməyiblər.
"Report"un məlumatına görə, Regina Meftəhəddinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda skit növündə üçüncü yer uğrunda görüşdə Çexiyaya uduzublar.
16:42
Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Almaniya təmsilçisi İrina Nikoletta Şoenberqer ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Rzayeva yarışla vidalaşıb.


16:38
Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan təmsilçilərindən Anna Başta (beş qələbə), Səbinə Kərimova (beş qələbə) və Valeriya Bolşakova (üç qələbə) pley-offa yüksəliblər.
Qrup mərhələsində bir qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.
Azərbaycanın kamandan oxatma üzrə təmsilçisi Yaylagül Ramazanova da III Avropa Oyunlarında növbəti görüşünü keçirib.
O, 1/32 final görüşündə litvalı Paulina Ramanauskayte ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa vuran azərbaycanlı idmançı "shoot off"da rəqibinə məğlub olub - 5:6.
Bununla da Yaylagül Ramazanova Avropa Oyunlarındakı çıxışını başa vurub.


15:39
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı G qrupundakı ikinci qarşılaşmasında Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:1) Dviçayo ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün ispaniyalı Luis Enrike Penalveyə qalib gəlmişdi.
Beləliklə, Azərbaycan təmsilçisi son turun nəticəsindən asılı olmayaraq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
15:24
Azərbaycanın qadın atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında bürünc medal qazana bilərlər.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Regina Meftahətdinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda skit növündə təsnifat mərhələsində 4-cü yeri tutub.
Yığma üçüncülük uğrunda Çexiya ilə görüşəcək.






Azərbaycan qılıncoynadanı Ruslan Həsənov isə Polşada keçirilən 3-cü Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
Şpaqa növündə çıxış edən idmançı 1/32 final mərhələsində İsveç təmsilçisi Hadrien Favreyə uduzub - 14:15.
Beləliklə, bu gün yarışa qoşulan üç qılıncoynadanın hər biri medal şansını itirib.
13:54
Azərbaycan badmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi.
Turnirdə qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizədə isə Azərbaycan təmsilçilərindən Barat Quliyev çıxışını erkən dayandırıb. Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəliblər.
Qrupda dörd qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü "64-lüy"ə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq. Qrupu iki qələbə ilə bitirən Kənan Əliyev isə "64-lüy"ə yüksəlmək üçün estoniyalı Ruslan Eskovla görüşüb və 13:15 hesabı ilə uduzub.














Azərbaycan atıcıları Ruslan Lunyov və Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti çıxışlarını ediblər.
Qarışıq komanda tapança ilə 25 metr məsafədən atəş açma növündə təsnifat mərhələsini 525 xalla başa vurub.
Onlar doqquz komanda arasında sonuncu yeri tutublar və final mərhələsinə yüksələ bilməyiblər.
09:33
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, çimərlik futbolu üzrə Azərbaycan millisinin mübarizəyə qoşulacağı gündə oxatma, atıcılıq, badminton, boks və qılıncoynatma növlərindəki təmsilçilərimiz də medal uğrunda yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan idmançıları indiyədək səkkiz medal (iki qızıl, bir gümüş, beş bürünc) əldə ediblər. Komanda sıralamada 22-ci pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Avropa Oyunları
27 iyun
Qılıncoynatma
11:00. Kişilər. Şpaqa (şəxsi) Kənan Əliyev, Barat Quliyev, Ruslan Həsənov
15:00. Qadınlar. Sablya (şəxsi) Anna Başta, Valeri Bolşakova, Səbinə Kərimova, Palina Kaspiaroviç
Atıcılıq
11:00. Qadınlar. Təsnifat mərhələsi, komanda yarışları: Regina Meftahətdinova, Nurlana Cəfərova, Sevda Nəcəfova (Skit)
15:00. Qarışıq komandalar, təsnifat mərhələsi: Ruslan Lunyov, Nigar Nəsirova (25 metr məsafəyə tapança ilə atəş açma)
Badminton
Qrup mərhələsi II tur
11:30. Qadınlar: Keyşa Fatime Zəhra (şəxsi)
18:00. Qadınlar: Keyşa Fatimə Zəhra - Era Məftuha (qoşa yarış)
11:30. Kişilər: Edi Reski Dviçayo (şəxsi)
18:00. Kişilər: Edi Reski Dviçayo - Ezmi Qovimuramadhoni
Oxatma
15:30. 1/32 final mərhələsi: Yaylagül Ramazanova
Boks
Qadınlar
16:15 - 23:00
75 kq. 1/8 final: Aynur Rzayeva - İrina Şoenberger
50 kq. 1/8 final: Anaxanım İsmayılova - Rita de Pinyo Soares (Portuqaliya)
57 kq. 1/16 final: Məhsəti Həmzəyeva-Ağamalıyeva - Tatevik Xaçatryan (Ermənistan)
Kişilər
17:00. 57 kq, 1/8 final: Sərxan Əliyev - Eskerxan Madiyev (Gürcüstan)
17:45. +92 kq, 1/8 final: Məhəmməd Abdullayev - Nikoloz Beqadze (Gürcüstan)
Çimərlik futbolu
A qrupu, I tur
22:30. Azərbaycan - Polşa