Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
III Avropa Oyunları: Azərbaycan yığması təsnifatda sonuncu yeri tutub - YENİLƏNİB
Atıcılıq üzrə qadınlardan ibarət Azərbaycan yığması Polşada keçirilən III Avropa Oyunlarında təsnifat yarışına çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Nərminə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada qüvvəsini sınayıb.
Yer aldığı qrupda 826 xal toplayan yığma doqquz komanda arasında sonuncu nəticəni göstərib.
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
10:00
Polşada III Avropa Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, yarışın beşinci günündə Azərbaycan idmançıları üç növdə mübarizə aparacaqlar.
Atıcılıqda iki idmançı fərdi növdə, eyni zamanda, qadınlardan ibarət komanda qüvvəsini sınayacaq. Millinin üç boksçusu rinqə çıxacaq, taekvondoçu Cavad Ağayev medal qazanmağa çalışacaq.
Atıcılıq
11:00. Regina Meftahəddinova, Nurlana Cəfərova (skit)
13:00. Nərimə Səmədova, Nigar Nəsirova və Nəzrin Abbaslıdan ibarət komanda (10 m məsafəyə pnevmatik tapançadan atəş açma)
Taekvondo
13:36. Kişilər: Cavad Ağayev (68 kq)
Boks
Qadınlar
20:15. 54 kq, 1/16 final
Zeynəb Rəhimova - Lenuta Periyoç (Rumıniya)
Kişilər
20:45. 80 kq, 1/16 final
Murad Allahverdiyev - Kevin Şumann (Almaniya)
22:15. 92 kq, 1/16 final
Alfonso Dominges (92 kq) - Yan Zak (İsrail)
Qeyd edək ki, Azərbaycan komandası iki qızıl, bir gümüş və iki bürünc medalla ümumi sıralamada 10-cu pillədə qərarlaşıb. III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
Rəylər