Azərbaycan gimnastları Selcan Mahsudova və Maqsud Mahsudov III MDB oyunlarında növbəti medalı qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qarışıq komanda yarışında 49.930 idmançılar gümüş medala yiyələnib.
Birinci pilləni Belarus (51.270 xal), Qazaxıstan isə (47.280 xal) üçüncü olub.
Qeyd edək ki, bununla da batut gimnastikası yarışlarına yekun vurulub. Azərbaycan gimnastları yarışı 1 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurub.
Azərbaycan gimnastları III MDB Oyunlarında daha bir bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Maqsud Mahsudov və Hüseyn Abbasov sinxron proqramda 50.840 xalla üçüncü yeri tutublar.
Azərbaycan gimnastları III MDB Oyunlarında bürünc medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Selcan Mahsudova və Şəfiqə Hümbətova sinxron yarışda 45.900 xalla üçüncü olub.
Belarus (51.540 xal) birinci, Rusiya isə (49.970 xal) ikinci yeri tutub.
Qeyd edək ki, batut gimnastikası yarışlarına bu gün yekun vurulacaq.