Azərbaycanda keçiriləcək III MDB oyunlarında 1846 idmançının iştirakı təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı məlumat yayıb.
Belə ki, bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən ölkələrdən 1 840 nəfəri idmançı olmaqla, ümumilikdə 2 666 nəfərin iştirakı gözlənilir.
Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Ümumilikdə oyunlarda MDB-yə üzv və dəvət edilmiş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.