Olimpiya kateqoriyalı güləş hakimimiz Asif Şirəliyev və Sədi Quliyev sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Gürcüstan ölkə çempionatına dördüncü dəfə rəsmi dəvət alıb.
Oxu.Az xəbər verir ki, güləş idman növündə Olimpiya (I-S) kateqoriyalı hər iki hakimimiz dekabrın 13-dək Batumi şəhərində keçiriləcək Gürcüstan çempionatında hazırda ədalət təmsilçiləri arasındadırlar.
Qeyd edək ki, hər iki hakimimiz beynəlxalq hakimlik arenasında öz dəqiqlik və obyektivliyi ilə etimad qazanıb. Məhz bu səbəbdən Gürcüstan Güləş Federasiyası tərəfindən daxili çempionata dəvət alıb.
Səbuhi Musayev