Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İki boksçumuz Avropa çempionatında mərhələ adlayıb
Azərbaycanın iki boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında mərhələ adlayıb.
Federasiyadan verilən məlumata görə, Amin Məmmədzadə (54 kq) 1/8 finalda Psarras Aristotelisi (Yunanıstan) 5:0 hesabı ilə məğlub edib.
O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.
Alfonso Dominqes (92 kq) də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-nə təsadüf edəcək.
Qeyd edək ki, boksçularımızdan daha öncə Malik Həsənov (63,5 kq) da mərhələ adlayıb.