Azərbaycanın 2 sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Oxu.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Əliyev 1/4 finalda almaniyalı Horst Lerə 2:4 hesabı ilə uduzub.
Zirəddin Bayramov (65 kq) ardıcıl olaraq bolqar Stilyan İliyevi 12:1 və türkiyəli Hamza Alacanı 11:8 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı Mərvan Əhməd Yezza ilə görüşəcək.
Murad Yevloyev (70 kq) 1/8 finalda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə (4:4) əsasən üstələsə də, bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib – 5:9.
Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyə yenilib – 8:9.
İslam İlyasov (97 kq) ilk görüşdə gürcü Riveri Mtsituriyə 5:0 hesabı ilə qalib gələrək yarımfinalda macar Rixard Veqə rəqib olub.