Amerikalı boksçu Floyd Meyvezerlə (junior) UFC-nin (Ultimate Fighting Championship) hazırkı çempionu irlandiyalı Konor Makqreqor arasında çoxdan gözlənilən döyüş avqustun 26-da Las-Veqasda baş tutacaq.
Oxu.Az xəbər verir ki, qarışıq döyüş növləri qaydalarına görə keçirilən döyüşdə Meyvezerin praktiki olaraq şansı olmadığını nəzərə alaraq, bu döyüş boks qaydalarına görə (69,85 kq orta çəki kateqoriyası üzrə) keçiriləcək.
“Forbes” yazır ki, boks üzrə sabiq dünya çempionu Floyd Meyvezerin UFC ulduzu Konor MakQreqor ilə avqust ayında baş tutacaq görüşdən sonra qazancı 1 milyard dollardan artıq ola bilər.
Hələlik isə “Forbes”in reytinqinə görə, dünyada 1 milyard və artıq qazanan bir neçə idmançı var. Bu, Maykl Cordan (1,5 milyard dollar) və Tayqer Vudssdur (1,4 milyard dollar), onların hər ikisi bu sərvəti “Nike” ilə əməkdaşlıqdan əldə ediblər.
E.Ə.
S.S.
www.oxu.az