Məşhur Britaniya nəşri “The Guardian” 2019-cu ilin 100 ən yaxşı futbolçusunun siyahısını tərtib edib.
Oxu.Az xəbər verir ki, yaşadığımız ilin ən yaxşısı “Barselona”nın hücumçusu Lionel Messi seçilib.
İkinci yerdə “Liverpul”un müdafiəçisi Vircil van Deykdir. Üçüncü yerdə isə onun klub yoldaşı Sadio Mane qərarlaşıb. “Yuventus”un ulduzu Kriştianu Ronaldu isə bu siyahıda dördüncü yerdədir.
Qeyd edək ki, növbəti yerlərdə Məhəmməd Salah, Kilian Mbappe, Robert Levandovski, Rahim Sterlinq, Alison Beker və Frenki de Yonq qərarlaşıb.