Almaniya millisi və “Mançester Siti”nin türk əsilli futbolçusu İlkay Gündoğan yeni sevgilisilə ilk fotosunu paylaşıb.
“Haber Global”ın məlumatına görə, 2015-ci ildə Sıla Şahinlə ikiillik münasibətinə son qoyan futbolçu bugünədək şəxsi həyatı ilə bağlı azarkeşlərinə heç bir məlumat verməyib.
Yalnız bugünlərdə Alaçatıdakı tətil görüntülərini paylaşan Gündoğanın istirahətdə yalnız olmadığı anlaşılıb. Tanınmış futbolçunu məşhur model və televiziya aparıcısı Sara Arfaoui müşayiət edib.