Transfer çalışmalarını davam etdirən “Beşiktaş” “Everton”da çıxış edən ingilis yarımmüdafiəçi Dele Allinin icarəyə götürülməsi ilə bağlı danışıqları yekunlaşdırdığını açıqlayıb.
“Peşəkar futbolçu Bamidele Cermeyn Allinin müvəqqəti keçidi ilə bağlı onunla və klubu “Everton” ilə razılaşma əldə edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, Alli ölkəsinin yığma komandasının üzvüdür. Qeyri-rəsmi məlumatlara görə, razılaşdırılmaqda olan müqaviləyə onun birdəfəlik alışı barədə bənd də daxil edilib.
✍🏾👌🏾 @dele_official #WelcomeDele pic.twitter.com/l6xjZIxexs
— Beşiktaş JK (@Besiktas) August 25, 2022