İngiltərə Premyer Liqasının ikinci turu çərçivəsində "Nyukasl" - "Liverpul" matçı baş tutub.
Oxu.Az-ın xəbərinə görə, tərəflər arasında görüş "Liverpul"un qələbəsi ilə yekunlaşıb - 2:3.
Hesabı 35-ci dəqiqədə qonaqlardan Rayan Qravenberx açıb. Uqo Ekitike isə 46-cı dəqiqədə "Liverpul"un üstünlüyünü iki topa çatdırıb.
45+3-cü dəqiqədə Entoni Qordon "Nyukasl"ı azlıqda qoyub. Buna baxmayaraq, Bruno Qimarayns (57-ci dəqiqə) və Uilyam Osula (88-ci dəqiqə) fərqlənərək hesabı bərabərləşdiriblər.
Matçın 90+10-cu dəqiqəsində isə 16 yaşlı Rio Nqumoha "Liverpul"a üç xal qazandıran qolu vurub.