İngiltərə Premyer Liqasında sondan əvvəlki - 37-ci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, Birminqemdə baş tutan matçda yerli "Aston Villa" "Tottenhem"i qəbul edib.
Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb - 2:0.
Qeyd edək ki, Premyer Liqada "Liverpul" vaxtından əvvəl çempion olsa da, əsas mübarizə Avrokuboklarda iştirak, ilk növbədə isə UEFA Çempionlar Liqasına çıxış uğrunda gedir.
Hazırda 66 xalla 4-cü olan "Aston Villa" qitənin ən nüfuzlu klub yarışına vəsiqə qazanacaq ilk 5 klubdan biri olmağa çox yaxındır. "Tottenhem"ə gəlincə, çempionatın bitməsinə cəmi 1 tur qalmış London klubu 38 xalla 17-ci pilləni tutur və növbəti mövsümdə də Premyer Liqada iştirakını təmin edib.