İngiltərə Premyer Liqasının 8-ci turunda "Mançester Siti" "Everton"u qəbul edib.
Oxu.Az xəbər verir ki, oyunda 2:0 hesabı ilə "şəhərlilər" qələbə qazanıblar.
Qolları 58 və 63-cü dəqiqələrdə Erlinq Holand vurub.
Bu oyundan sonra "Mançester Siti" 16 xalla turnir cədvəlinə başçılıq edir, "Everton" isə 11 xalla 10-cu yerdədir.