İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Mançester Yunayted" "Vest Hem"i qəbul edib.
Oxu.Az xəbər verir ki, "Old Trafford"dakı qarşılaşma 0:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Vest Hem"in yarımmüdafiəçisi Tomas Souçek 26-cı dəqiqədə hesabı açıb. 57-ci dəqiqədə isə London klubunun hücumçusu Jarrod Bouen fərqi artırıb.
Hazırda "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı yerdədir. Ruben Amorimin komandası 36 oyunda 39 xal toplayıb. "Vest Hem"in isə 40 xalı var və komanda 15-ci yerdədir.