İngiltərə Premyer Liqasında 18-ci turun oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış matçında "Mançester Yunayted" və "Nyukasl" komandaları qarşılaşıblar.
"Old Trafford" stadionunda keçirilmiş görüş "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada yeganə qolu matçın 24-cü dəqiqəsində Patrik Orqu vurub.
Bu nəticə ilə Mançester təmsilçisi turnir cədvəlində 29 xalla 5-ci, "Nyukasl" isə 23 xalla 11-ci pillədə qərarlaşıb.
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" evdə qələbə qazandı