Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" öz meydanında uduzdu
İngiltərə Premyer Liqasının 24-cü turunun "Mançester Yunayted" - "Kristal Pelas" matçı başa çatıb. Komandalar Mançesterdəki "Old Trafford" stadionunda qarşılaşıblar. Matçı Con Bruksun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Oxu.Az xəbər verir ki, oyunun 64-cü və 89-cu dəqiqələrində "Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta dubl edərək komandasına vacib 3 xalı qazandırıb - 0:2.
24 oyundan sonra "Mançester Yunayted" 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. "Kristal Pelas" eyni sayda oyundan sonra 30 xalla 12-cidir.
Turnir cədvəlinə 56 xalla "Liverpul" başçılıq edir.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- "Mançester Yunayted" klubu daimi iqamətgahını dəyişdirəcək
- İngiltərə Premyer Liqası: "Mançester Yunayted"lə "Arsenal"ın qarşılaşmasında qalib müəyyən olmadı
- Ötən mövsüm futbolçuların maaşlarına ən çox pul xərcləyən Avropa klubları - SİYAHI
- "Mançester Yunayted" bu mövsüm Avropada uduzmur
- UEFA Avropa Liqası: "Tottenhem"dən məğlubiyyət, "Mançester Yunayted"dən heç-heçə, "Lion"dan qələbə
Ən çox oxunanlar