İngiltərə Premyer Liqasında II turun mərkəzi oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, günün ilk matçında "Mançester Siti" öz meydanında "Tottenhem"i qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Londonluların heyətində 35-ci dəqiqədə Brennan Conson və 45-ci dəqiqədə Juan Palinya fərqləniblər.
Bu gün İngiltərə Premyer Liqasında II turun mərkəzi görüşündə "Tottenhem" komandası "Mançester Siti"nin qonağı olacaq.
Oxu.Az xəbər verir ki, böyük maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, "Mançester Siti" ilk turda "Vulverhempton"u 4:0, "Tottenhem" isə "Börnli"ni 3:0 hesabı ilə məğlub edib.
23 Avqust
İngiltərə Premyer Liqası
II tur
Saat 15:30, "Mançester Siti" - "Tottenhem".