Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İngiltərə Premyer Liqasında ayın ən yaxşı baş məşqçisi bəlli olub
"Liverpul" klubunun baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı çalışdırıcısı seçilib.
Oxu.Az xəbər verir ki, 46 yaşlı niderlandlı mütəxəssis bu mövsüm "Liverpul"la çıxdığı 22 oyunun 19-dan qələbə ilə ayrılıb, iki oyunda heç-heçə ilə barışıb.
Qeyd edək ki, Arne Slotun komandası noyabr ayı ərzində meydana çıxdığı 8 oyunda 7 qələbə qazanıb, bir dəfə heç-heçə edib.
Xatırladaq ki, Arne Slot bu mövsümün əvvəlində "Feyenoord"dan "Liverpul"a keçib.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar