Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İngiltərə Premyer Liqasının futbolçusuna ömürlük oyun qadağası qoyula bilər
İngiltərə Futbol Federasiyaları Birliyi "Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketanı mərc etdiyi üçün ömürlük futboldan kənarlaşdırıla bilər.
Məlumata görə, braziliyalı futbolçunun qəsdən etdiyi hərəkətlərə görə, 60-a yaxın şəxs mərc edib.
Xüsusilə, Paket tanışların mərclərinin uğurlu olması üçün sarı vərəqə alıb. Nəticədə bu şəxslərin ümumi uduşları 100 min funt-sterlinq (117 min avro) təşkil edib. Yarımmüdafiəçinin günahı sübuta yetirildiyi təqdirdə ömürlük futboldan uzaqlaşdırılması tövsiyə edilib.
Xatırladaq ki, Paketaya qarşı Premyer Liqada "Lester" (12 noyabr 2022), "Aston Villa" (12 mart 2023), "Lids" (21 may 2023) və "Bornmut" (12 avqust 2023) matçlarında davranışı ilə bağlı dörd qayda pozuntusu üzrə ittiham irəli sürülüb.
Mənbə: championat.com