İngiltərə Superkuboku-2026 uğrunda Londonun "Arsenal" və "Mançester Siti" komandaları arasında keçirilən oyun başa çatıb. Qarşılaşmada londonlular 3:0 hesablı qələbə qazanıblar. Matç Uelsin Kardiff şəhərindəki "Prinsipaliti" ("Millennium") stadionunda keçirilib. Görüşün baş hakimi Samuel Barrott olub.
Oxu.Az xəbər verir ki, oyunun ilk dəqiqəsində Rikkardo Kalafyori hesabı açaraq London təmsilçisini önə keçirib. 28-ci dəqiqədə Kay Haverts "topçular"ın üstünlüyünü iki topa çatdırıb. 48-ci dəqiqədə isə Martin Edeqor londonluların üçüncü qolunu vurub.
Futbol üzrə İngiltərə Superkuboku hər il keçirilən və əvvəlki mövsümün Premyer Liqa çempionu ilə İngiltərə Kubokunun qalibinin qarşılaşdığı matçdır.
"Arsenal" 2025/2026 mövsümünü İngiltərə Premyer Liqasının çempionu kimi başa vurub. Komanda 38 oyunda 85 xal toplayıb. "Topçular" ötən mövsüm UEFA Çempionlar Liqasında finaladək irəliləyib və həlledici qarşılaşmada "Pari Sen-Jermen"ə məğlub olub - 1:1 (penaltilər seriyası - 3:4).
"Mançester Siti" isə ötən mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlində 78 xalla ikinci yeri tutub. "Şəhərlilər" həmçinin 2025/2026 mövsümündə İngiltərə Kubokunun qalibi olublar.
Bu gün İngiltərə Superkubokunun final matçı keçiriləcək.
Oxu.Az xəbər verir ki, İngiltərə kubokunun qalibi "Mançester Siti" ilə ölkə çempionu "Arsenal" üz-üzə gələcək.
Mövsümün ilk titulunu qazanmaq istəyən hər iki komanda üçün bu matç həm də yeni futbol ili öncəsi ciddi sınaq olacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qarşılaşma Uelsin Kardiff şəhərində yerləşən, 73 931 tamaşaçı tutumuna malik "Millennium" stadionunda keçiriləcək.
16 avqust
İngiltərə Superkuboku
"Mançester Siti" - "Arsenal".
Saat: 18:00.
"Millennium" stadionu, Kardiff.