UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted" - "Qarabağ" oyununda təmsilçimizin azarkeşləri üçün ayrılan biletlərin sayı açıqlanıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İngiltərədə keçiriləcək matçda "Qarabağ"ı dəstəkləmək üçün 2 466 bilet ayrılıb. Azarkeşlər bu oyun üçün biletləri bu gün saat 15:00-dan etibarən iTicket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl Yunayted" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Murad Nəsimi