İngiltərə seçməsinin üzvü Cud Bellingem rekorda imza atıb.
“Opta” resursunun məlumatına görə, o, Avropa çempionatında çıxış edən ən gənc oyunçu kimi adını futbol tarixinə yazdırıb.
Qeyd edək ki, yarımmüdafiəçi Xorvatiya ilə matçın 82-ci dəqiqəsində meydana çıxıb. Hücumçu Harri Keyni əvəz edən gəncin yaşının 17 il və 349 gün olduğu bildirilir.