İtaliyanın “İnter” futbol klubu yarımmüdafiəçi Kristian Eriksenlə müqaviləsinə xitam verdiyini açıqlayıb.
Tərəflər müddəti 2024-cü ilin iyun ayınadək olan müqaviləni ləğv etmək barədə razılığa gəliblər.
Xatırladaq ki, danimarkalı futbolçunun ürəyinə kardioverter defibrilator qoyulub. Bu isə reqlamentə uyğun olaraq, onun İtaliyada oynamasına imkan vermir.
Mənbə: Sports.ru