Şənbə günü Avropada bir-birindən maraqlı qarşılaşmalar keçirilib.
İtaliya A Seriyasında keçirilən turun mərkəzi görüşündə - Milan derbisində (“İnter”-“Milan”) qonaqlar liderə qalib gələrək xal fərqini birə endirib.
Hesabı qarşılaşmanın 38-ci dəqiqəsində İ.Perişiç açıb. İlk hissə bu hesabla başa çatıb.
Qonaqların ikinci hissəsinin sonunda təşəbbüsü ələ ala bilib. 75-ci dəqiqədə O.Jiru bərabərlik qolunu vurub. Üç dəqiqə sonra isə fransalı “Milan”ı hesabda önə keçirib.
Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə T.Hernandez “Milan”ı azlıqda qoysa da, qonaqlar qələbə hesabını qorumağı bacarıb. 1:2.
Bu qələbə ilə “Milan” (52 xal) lider “İnter”lə xal fərqini birə endirib.
Türkiyə çempionatında isə turun mərkəzi görüşündə “Fənərbağça” evində “Başakşehir”i qəbul edib.
Sönük məcrada keçən qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissənin 61-ci dəqiqəsində qonaqlar B.Özcanın qolu ilə hesabda irəli çıxıb və qarşılaşmanın sonuna qədər bu üstünlüyü qoruyub saxlayıb 0:1.
Nəticədə “Başakşehir” turnir cədvəlində “Fənərbağça”nı bir pillə geriyə salaraq özü beşinci yerə yüksəlib.