İtaliya A seriyasının XIII turu “İnter” – “Napoli” matçı ilə əlamətdar olub.
Oxu.Az xəbər verir ki, Milanda keçirilən görüşdə azarkeşlər əsl qol duelinə şahidlik ediblər.
Beş qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıblar – 3:2.
Bu nəticə ilə xalını 28-ə çatdıran “İnter” turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
“Napoli” isə 32 xalla liderliyini davam etdirir.
Qarşılaşmanın qollarını təqdim edirik: