İnterpol ABŞ-ın sorğusu ilə FİFA-nın rüşvətxorluqda ittiham edilən sabiq əməkdaşlarının həbs edilməsi üçün “qırmızı order” verib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Uorner, Leosun, eləcə də FİFA ilə əlaqəli olan şirkətlərin nümayəndələri Aleksandro Burzako, Uqo və Mariano Cinkis və Xose Marqulisin həbsinə order verilib.
“Qırmızı order” İnterpolun öz üzvlərinə məhkəmə orqanına müəyyən şəxsin həbsi və onun ekstradisiyası və ya buna oxşar hüquqi fəaliyyətə dair orderin verilməsi barədə xəbərdarlıq vasitəsidir.