İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, lider “Arsenal” öz meydanında “Bornmut”la qarşılaşıb. “Topçular” matçın gedişində 2 qol fərqi ilə geri düşsələr də, yekunda qalib gəlməyi bacarıblar. Qələbə topunu 90+7-ci dəqiqədə Riss Nelsson vurub - 3:2
Bu qələbə ilə xalını 63-ə yüksəldən “Arsenal” yenidən “Mançester Siti” ilə fərqi 5-ə yüksəldib.