İngiltərə Premyer Liqasında (İPL) XXIII tur davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı görüşlərindən biri Londonda baş tutub.
Turnir cədvəlinin lideri “Arsenal” doğma azarkeşlər önündə “Brentford”la üz-üzə gəlib.
Öncəki matçda “Everton”a minimalhesabla uduzan “topçular” bu dəfə də qələbəyə həsrət qalıblar.
Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Bu nəticə ilə xallarının sayını 51-ə çatdıran “Arsenal” liderliyini davam etdirir. “Brentford”un isə 34 xalı var və 8-ci sırada qərarlaşıb.