İngiltərə Premyer Liqasının XVIII turunda günün son matçı Nottingemdə oynanılıb.
Oxu.Az xəbər verir ki, “Nottingem Forest” “Çelsi”ni qəbul edib.
Oyunda hesabı “zadəganlar” açıb. Sterlinq 16-cı dəqiqədə fərqlənib.
Aurier 63-cü dəqiqədə status-kvonu bərpa edib. Bu, matçda vurulan son qol olub.
Bu nəticə ilə xallarının sayını 25-ə çatdıran “Çelsi” 8-ci pilləyə yüksəlib. 14-cü xalını qazanan “Nottingem Forest” isə 18-ci sırada qalıb.